Bacı ilə qardaşın başını kəsdi, analarını isə... - Səhərin dəhşətli xəbəri

baci-ile-qardasin-basini-kesdi-analarini-ise
Oxunma sayı: 1253

Bakıda bir ailənin iki üzvü qətlə yetirilib, daha biri isə ağır yaralanıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb.

Rayonun Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evinə bir nəfər qətl törətmək məqsədilə (hələlik adı açıqlanmır) 1962-ci il təvəllüdlü Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. O, daha sonra L.Qasımovanın gənc oğul və qızının başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə yerləşdirib.

Faktla bağlı cinayət işi başlanılıb. Qətl törədən şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə qətli törədən şəxs L.Qasımovanın qohumudur.

***

Lent.az xəbər verir ki, dünən axşam Nərimanov rayonu Montin qəsəbəsində 1997-ci il təvəllüdlü Cəfərov Azər Fərman oğlu qohumu 1991-ci il təvəllüdlü Qasımova Fəridə Səxavət qızını və onun qardaşı, 2001-ci ildə anadan olmuş Qasımzadə Saqil Səxavət oğlunun boğazlarını kəsərək onları amansızlıqla öldürüb. O, daha sonra uşaqların anası 1962-ci il təvəllüdlü Lətafət Qasımovanı çoxsaylı bıçaq zərbələri ilə öldürməyə çalışıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatıdırlıb.
 
A.Cəfərov öldürdüyü şəxsləri özünə məxsus “BMW” markalı 90 HK 308 dövlət nömrə nişanlı avtomobilin baqajına qoyaraq uzaqlaşıb. O, çox keçmədən yaxalanıb.
 
Hadisəni tərədən şəxs L.Qasımovanın bacısının kürəkəni olub.

***

APA-nın məlumatına görə, Cəfərov daha sonra evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.
 
Baş vermiş hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.
 
Nərimanov rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A. Cəfərov tutularkən L. Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.
 
İlkin məlumata görə o, həmin mənzilə qarət məqsədi ilə daxil olubmuş.