“Bakı haqqında hər şey...”

baki-haqqinda-her-sey
Oxunma sayı: 1009


“Qafqazinfo”nun  məlumatına görə,. "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşrin bu sayı da ölkəmizə təşrif buyuran turistlər, paytaxtımızın qonaqları və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri üçün maraq kəsb edəcək ən müxtəlif informasiyalar, tematik yazılar və məlumatlarla zəngindir. 

Nəfis tərtibatı, orijinal dizaynı ilə seçilən və üç dildə (Azərbaycan, ingilis, rus) materialların dərc olunduğu bələdçi kataloqunda Bakının küçə və meydanları, şəhərdə və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, eləcə də hotel, restoran, ticarət və əyləncə məkanları ilə bağlı məlumatlar, ünvan və telefonlar yer alıb. 

“Tanınmış insanların Bakı haqqında təəssüratları” bölməsində  isə dünya şöhrətli həmyerlimiz, dahi müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığına nəzər salınıb. 

Nəşrdə Azərbaycan xalça sənəti, çay mədəniyyəti haqqında yığcam yazılar, “Bakıdan xatirə” - milli suvenirlərimiz barədə turistlər üçün məlumat, habelə ölkəmizə gələn qonaqları maraqlandıra biləcək suallara cavablarla tanış olmaq mümkündür.

 “Bakını “City sightseeng”lə kəşf edin” (şəhər turları), aviakassalar, turizm agentləri və s. bölmələr də paytaxtımızın qonaqları üçün dəyərli informasiya mənbəyidir.