“Bakı Metropoliteni” QSC bu ilin fevral ayında Maliyyə Nazirliyindən 244,8 milyon manat faizsiz kredit cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, kredit bu ilin sonunda qaytarılmaq şərti ilə verilib.
Məlumata görə, “Bakı Metropoliteni” həmçinin hökumətdən 2025-ci ildə aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün 42,66 milyon manat subsidiya, 2025-ci ildə əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə isə 73,63 milyon manat vəsait alıb.
Eyni zamanda qeyd edilib ki, Metropolitenin Tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilib. Bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi və müasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır.
Son xəbərlər
Son Xəbərlər