Bakı metrosunda dəhşət - Ər arvadını bıçaqladı

baki-metrosunda-dehset
Oxunma sayı: 8445

Bakı metrosunun “Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. 

Onun sözlərinə görə, bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib:

“Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis şübhəli şəxsi saxlayıb”. 

Faktla bağlı araşdırma aparılır.