Bakı-Qazax yolunda 13 avtomobil bir-birinə belə dəydi - Video

baki-qazax-yolunda-13-avtomobil-bir-birine-bele-deydi
Oxunma sayı: 12052

Bakı-Qazax yolunun 30-cu kilometrində ötmə qaydasını pozan yük maşını zəncirvari qəzaya səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə magistral yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qəzaya səbəb hərəkətdə olan iki yük maşınından birinin ötmə qaydasını pozaraq idarətmədən çıxması olub.

Hadisə nəticəsində 13 avtomobilə ziyan dəyib, 3 nəfər xəsarət alıb.

Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Sail Ağasəlim