Bakı yağışdan sonra... - Video

baki-yagisdan-sonra
Oxunma sayı: 3671

İki gündür davam edən yağışlı hava şəraiti paytaxtda müxtəlif fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkə hesablarında yayılıb.

Belə ki, Hüseyn Cavid prospektində çəkilən görüntülərdən avtomobil yollarına yığılan yağış suyunun nəqliyyatın hərəkətini iflic etdiyi açıq-aşkar görünür.

Qeyd edək ki, eyni hal ötən gün Binəqədidə yaşanmışdı. Kanalizasiya sistemi yağan yağışa tab gətirmədiyi üçün su küçələri və yaşayış evlərinə dolaraq sakinlərə çətin anlar yaşadıb.

Həmin görüntüləri təqdim edirik.