Bakı Zooparkına giriş qiyməti qalxdı

baki-zooparkina-giris-qiymeti-qalxdi
Oxunma sayı: 7359

Bakı Zooloji Parkında biletin qiymət bahalaşıb.

“Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, əvvəllər böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır.

Uşaqlar üçün biletin qiyməti isə dəyişməz qalıb: 2 manat.

Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları isə bilet üçün 15 manat ödəməlidirlər.