Bakıda 10-a yaxın maşın toqquşdu - Qarın fəsadları+Fotolar

bakida-10-a-yaxin-masin-toqqusdu
Oxunma sayı: 4802

Dünən axşam saatlarından başlayan qar bu gün səhər zəncirvari yol qəzasına səbəb olub.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Qarlı hava şəraiti ilə bağlı idarəetməni itirən sürücülərin avtomobilləri bir-birilə toqquşdurublar. Nəticədə 10-a yaxın maşına ciddi ziyan dəyib.

Qəza şosse yolunda uzun tıxaca səbəb olub. Yol Polisi əməkdaşları hadisə yerinə cəlb olunub və yol hərəkəti bərpa edilib.

Murad Əhməd