Bakıda 12 yaşlı oğlan itkin düşdü

bakida-12-yasli-oglan-itkin-dusdu
Oxunma sayı: 1213

Bakıda 12 yaşlı yeniyetmənin itkin düşməsi barədə aprelin 2-də polisə müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, müraciət Suraxanı rayon Bülbülə qəsəbə sakini S.Babayeva tərəfindən edilib.

O, Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə yazaraq, oğlu 2012-ci il təvəllüdlü A.Mirzəyevin aprelin 1-də evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

S.Babayeva övladının xarakterik əlamətlərini polisə təqdim edib.

Hazırda axtarış tədbirləri həyata keçirilir.