Bakıda 15 yaşlı məktəbli faciəvi şəkildə öldü - Fotolar

bakida-15-yasli-mektebli-facievi-sekilde-oldu
Oxunma sayı: 8787

Bakının Xəzər rayonunda çimərliklərin birində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo”nun Oxu.az-a istinadən xəbərinə görə, hadisə Buzovna qəsəbəsi ərazisində baş verib.

15 yaşlı Rəsulov Tamerlan topla oynayarkən top elektrik dirəyində ilişib. Yeniyətmə topu götürmək istəyən zaman onu elektrik cərəyanı vurub.

T. Rəsulov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

T. Rəsulovun yaxınları onun çox istedadlı musiqiçi olduğunu bildiriblər.