Bakıda 18 yaşlı oğlan özünü binadan atdı - Yenilənib

bakida-18-yasli-oglan-ozunu-binadan-atdi
Oxunma sayı: 14312

Sosial şəbəkələrdə Yeni Günəşli qəsəbə sakininin intihar etdiyi haqda xəbərlər yayılıb.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, 02.06.2024-cü il tarixində saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Massiv V-dən bir nəfərin intihara cəhd etməsi səbəbilə çağırış daxil olub.

Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Təxminən, 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, sosial şəbəkələrdə gəncin özünü evin damından atdığı deyilir.

Suraxanı Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

***

Gəncin nənəsi Baku TV-yə açıqlamasında bildirib ki, nəvəsi səhər saatlarında imtahanda iştirak etməli olsa da, qeyd edilən ünvana getməyib. Bu səbəbdən onun intiharının az bal yığması ilə əlaqələndirilməsi doğru deyil.