Bakıda 18 yaşlı qızın meyiti tapıldı

bakida-18-yasli-qizin-meyiti-tapildi
Oxunma sayı: 791

Bakıda gənc qızın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 9-u Sabunçu rayonu Ramana qəsəbəsində baş verib.

Saat 11 radələrində qəsəbə sakini 2008-ci il təvəllüdlü A.İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.

Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.