Bakıda atışma, 2 nəfər güllələndi - Video - Yenilənib

bakida-atisma-2-nefer-gullelendi
Oxunma sayı: 23493

Bakıda atışma olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Nəsimi rayonu ərazisində 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub: "Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

 

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı atışma ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib, əlavə məlumat veriləcək.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər: "İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".

***

Daxili İşlər Nazirliyindən (DİN) "Qafqazinfo"ya bildirilib ki, hadisədə 2 nəfər xəsarət alıb: "Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb".

***

TƏBİB yaralılarla bağlı son məlumatı açıqlayıb.

Bidirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

***

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində 2 nəfəri güllələyən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.