Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı

bakida-binanin-arxasinda-namelum-qadin-meyiti-tapildi
Oxunma sayı: 2294

Bakıda naməlum qadın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 16 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 56 ünvanındakı binanın arxasında qadın meyiti aşkar olunub.

Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda naməlum meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.