“Bakıda bir il ərzində nəqliyyat vasitələri ilə təxminən 2 milyard səfər edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, bu səfərlərin 52 faizi fərdi avtomobillərin və taksilərin payına düşür: “Bu səfərlərin yalnız 28 faizi ictimai nəqliyyatın payına düşür. 2025-ci ilin sonuna qədər ictimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub”.
Zaur Mirzə