Bakıda bulvar ərazisində gəmi batdı - Video-Yenilənib

bakida-bulvar-erazisinde-gemi-batdi
Oxunma sayı: 12009

Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu sahillərində tur gəmisi batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bulvar ərazisində tur gəmisi qəfil batmağa başlayıb, içindəki şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.

FHN-nin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün nazirliyin qaynar xəttinə Xəzər dənizində gəzinti gəmisinin batması barədə ilkin məlumat daxil olub: “Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsilə üzləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.

***

DİN-dən bildirilib ki, Bakıda bulvar ərazisində gəzinti gəmisinin batması ilə bağlı məlumat daxil olan məlumat üzrə nazirliyin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər:

“Polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər”.

***

Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat xidməti hadisə barədə məlumat yayıb.

Bildirilib ki, bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan Delfin-2 gəmisi sualtı mane ilə üzləşib: “Nəticədə qəza baş verib. Həmin an gəmidə 3 heyət üzvü və 3 nəfər sərnişin olub. Dərhal Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin operatorları FHN və Sahil Mühafizə Xidmətinə məlumat verib. Gəmidə olan şəxslər xilas olunub. Heç bir tələfat yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.