Ata və oğul uçurumdan yıxıldı, ana da özünü atdı - Video

ata-ve-ogul-ucurumdan-yixildi-ana-da-ozunu-atdi
Oxunma sayı: 1420

Hindistanda dəhşətli hadisə nəticəsində eyni ailənin üç üzvü ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı oğul uçurumdan tullanmaq istəyib.

Onun qarşısını almağa çalışan ata oğlunu xilas etmək istəyərkən onunla birlikdə böyük hündürlükdən aşağı düşüb.

Hadisədən sonra şok yaşayan ana isə ərinin və oğlunun ardınca uçurumdan tullanıb. Nəticədə ailənin üç üzvü də həyatını itirib.

Xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Çətin şəraitdə aparılan əməliyyat nəticəsində üç nəfərin cəsədləri uçurumdan çıxarılıb.