Külək 8 ağacı sındırdı - Yenilənib+Fotolar

kulek-8-agaci-sindirdi
Oxunma sayı: 884

Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.

Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.

***

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, gecə saatlarından etibarən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə  görütülüb, ərazi təmizlənib.