“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ölkəmizdə və beynəlxalq arenada yüksək səviyyəsində qeyd edilir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Belediyye.info-ya Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.
O qeyd edib ki, uzun illər əvvəl yurd-yuvasından qaçqın düşən Qərbi azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda daim ahıl sakinlər diqqətdə saxlanılır. Hər il 31 dekabrda Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının rəhbərliyi ahıl insanların ziyarətində olur, onların qarşıdan gələn bayramlarını təbrik edir və bayram payı təqdim edir.
T. Tağıyevin sözlərinə görə, bu dəfə də ənənəyə sadiq qalan təşkilat rəhbərliyi əslən Qərbi Azərbaycanın Qarakilsə rayonundan olan 103 yaşlı Fatma Əli qızı İsmayılovanı, 99 yaşlı Sənubər Vəli qızı Vəliyevanı və I qrup gözdən əlil Əli Mustafayevi evlərində ziyarət edərək bayram hədiyyələri təqdim edib.
Bununla yanaşı məhəllədə bir qrup sakinlərlə keçirilən görüş xüsusi maraqla qarşılanıb. Hər bir görüşdə Qərbi Azərbaycandan olan sakinlər öz maraqlı xatirələrini bölüşüb və öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini qeyd ediblər.



Son xəbərlər
Son Xəbərlər