“İrana qarşı təcavüzə sərt cavab veriləcək”

irana-qarsi-tecavuze-sert-cavab-verilecek
Oxunma sayı: 649

“İrana qarşı təcavüz olarsa, cavab tədbirləri görüləcək”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ABŞ Prezidenti Donald Trampın son təhdidlərinə cavab olaraq bəyan edib. 

Şamxaninin sözlərinə görə, İran öz raket və müdafiə potensialını kiminsə nəzarəti, icazəsi ilə qurmur. 

“İstənilən təcavüzə dərhal və gözlənilməz dərəcədə sərt cavab veriləcək”, - iranlı siyasətçi bildirib. 

Xameneinin müşaviri həmçinin İranın müdafiə doktrinasına uyğun olaraq, cavab tədbirlərinin təhdidlər reallaşmazdan əvvəl hazırlandığını qeyd edib. 

Xatırladaq ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranın ballistik raket proqramını bərpa etməyə cəhd göstərəcəyi halda, yeni hərbi zərbənin mümkün olduğunu bildirib.