Prezidentdən Rasim Musabəyovla bağlı - Sərəncam

prezidentden-rasim-musabeyovla-bagli
Oxunma sayı: 3547

Millət vəkili, politoloq Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rasim Nəsrəddin oğlu Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, yanvarın 1-i R.Musabəyovun 75 yaşı tamam olacaq.