Narkotikdən istifadə etdiyini təsdiqlədi

narkotikden-istifade-etdiyini-tesdiqledi
Oxunma sayı: 1757

“Habertürk TV”nin keçmiş baş redaktoru Mehmet Akif Ersoyun narkotik istintaqı çərçivəsində verdiyi ifadənin detalları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı həbs edilən M. A. Ersoy narkotik vasitələrdən istifadə etdiyini etiraf edib.

Məlumata görə, o, kirayə götürdüyü evdə təşkil edilən narkotik məclisləri barədə prokurorluğa məlumat verərək “peşmanlıq” qanunundan yararlanmaq istəsə də, prokurorluq onun bu tələbini rədd edib.

Qərarda bildirilib ki, M. Ersoyun verdiyi ifadələr istintaqın gedişatına kömək etməyib. Belə ki, onun narkotik istifadəçisi olması artıq Məhkəmə Tibbi Ekspertizasının rəyi ilə təsdiqlənib. İfadəsi alındıqdan sonra tanınmış jurnalist yenidən saxlanıldığı həbsxanaya göndərilib.

Xatırladaq ki, o, bir müddət əvvəl “narkotik vasitələrin dövriyyəsi” və “istifadəsinə şərait yaratma” ittihamları ilə həbs edilmişdi.