FHN qüvvələri gücləndirilmiş rejimdə xidmətdədir - Video

fhn-quvveleri-guclendirilmis-rejimde-xidmetdedir
Oxunma sayı: 262

Fövqəladə Hallar Nazirliyinin qüvvələri gücləndirilmiş rejimdə xidmətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri gücləndirilmiş rejimdə xidmətdədir.