Ucarda kütləvi zəhərlənmə - 14 nəfər xəstəxanalıq oldu+Yenilənib

ucarda-kutlevi-zeherlenme
Oxunma sayı: 1664

Ucarda kütləvi zəhərlənmə halı qeydə alınıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, 30.12.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

***

İlkin məlumata görə, hadisə Yeni il şənliyi zamanı baş verib. Belə ki, Ucar rayonunda yerləşən “Mercan Broiler” MMC-də təşkil olunan tədbir zamanı 14 nəfər zəhərlənib.

Hazırda zəhərlənmənin dəqiq səbəbi məlum deyil.

Yunis Quliyev