Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Gəncə Mall” Ticarət Mərkəzinin rəhbəri Şərif Ələkbərli və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Niyazi Bayramov uşaqları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara uzun ömür, cansağlığı və xoşbəxt gələcək arzulayıb.
Əvvəlcə uşaqlar rəsmi qonaqlarla birgə nahar ediblər. Daha sonra “Gəncə Mall” Ticarət Mərkəzinin nəzdində yerləşən “GəncLand” mini istirahət məkanında müxtəlif atraksionlarda əyləniblər. Uşaqlar Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları ilə birgə bayram əhval-ruhiyyəli, maraqlı anlar yaşayıblar.
Uşaq evi sakinlərinə müxtəlif hədiyyələr təqdim olunub, sonda xatirə şəkilləri çəkdirilib.






Son xəbərlər
Son Xəbərlər