DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, polis tərəfindən bu işdə şübhəli bilinən İran vətəndaşı 1978-ci il təvəllüdlü Rahmat Jabraeılnezhad paytaxtda saxlanılıb.
Onun yaşadığı evdən külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
R.Jabraeılnezhad həmin narkotik vasitəni Yasamal rayonu ərazisində gizlədilən yerdən götürdüyünü və ayrı-ayrı məkanlara çatdıraraq maddi qazanc əldə etdiyini bildirib.
O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub, adı narkotiklə əlaqəli cinayətlərdə keçir.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs həbs edilib.
Son xəbərlər
Son Xəbərlər