Bakıda itkin kimi axtarılan qadınlar ölkəni tərk edibmiş

bakida-itkin-kimi-axtarilan-qadinlar-olkeni-terk-edibmis
Oxunma sayı: 4290

Bakıda itkin düşmüş şəxs kimi axtarılan iki qadının ölkəni tərk etdikləri müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisin apardığı tədbirlərlə itkin düşmüş kimi axtarışda olan Risalə Zəkiyeva və Nəzrin Süleymanovanın ölkədə olmadıqları müəyyənləşib.

R. Zəkiyevanın 9 iyun, N.Süleymanovanın isə 11 iyun tarixində təyyarə ilə Türkiyəyə getdikləri dəqiqləşib.