Bakıda keçmiş deputatlığa namizədi maşın vurdu

bakida-kecmis-deputatliga-namizedi-masin-vurdu
Oxunma sayı: 7949

Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, “Aqata” şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu maşın vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə “Qarabağ” bloku tərəfindən irəli sürülüb.

Faktla bağlı araşdırma aparılır.