Bakıda keçmiş rəis müavini - Özünü 8-ci mərtəbədən atdı

bakida-kecmis-reis-muavini
Oxunma sayı: 3914

Bakıda intihar olub.

Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

O, yerindəcə ölüb.

Məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

İntiharın səbəbləri araşdırılır.