Aprelin 8-də Bakıda müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azadlıq prospekti, Rəsulzadə qəsəbəsi 3 ünvanında ağac avtomobilin üzərinə aşıb.
Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə zamanı yaxınlıqda heç kim olmayıb və xəsarət alan yoxdur.
Görüntüləri təqdim edirik:
***
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupu tərəfindən fəsadlar dərhal aradan qaldırılıb.