Bakıda maşın yandı - Sürücü öldü

bakida-masin-yandi
Oxunma sayı: 2217

Bakıda avtomobil sürücüsü ilə birgə yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə Bakının Qaradağ rayonu, Binə-Sədərək yolunda qeydə alnıb.

Yanğın nəticəsində “Dong Feng Aeolus 70” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.