Bakıda mənzildə partlayış - Xəsarət alan var+Fotolar

bakida-menzilde-partlayis
Oxunma sayı: 3617

Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.

Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub.

Həkimlər APA -ya bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.

Ərazidə ekspertiza işləri aparılır.