Bakıda meyiti tapılan qadın intihar edibmiş

bakida-meyiti-tapilan-qadin-intihar-edibmis
Oxunma sayı: 3485

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyiti tapılıb. “Qafqazinfo”nun məlumatına görə, 48 yaşlı qadının intihar etdiyi üzə çıxıb.

Azxeber.com-un əldə etdiyi məlumata görə, istintaq araşdırması zamanı K.Hüseynovanın özünü asaraq intihar etdiyi aydınlaşıb. O, intihar etməzdən öncə ağır xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən intihar yolunu öz iradəsi daxilində seçdiyini bildirən məktub yazıb. Araşdırmalar zamanı K.Hüseynovanın ailəli olmadığı və tək yaşadığı müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi qaldırılıb.