Mənzildən qadın meyiti tapıldı

menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 1664

Bakıda mənzildən qadın meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.