Bakıda qovaq ağacı belə kəsildi - Video

bakida-qovaq-agaci-bele-kesildi
Oxunma sayı: 2716

Sakinlər Bakının Parlament prospekti, Qutqaşınlı küçəsi 1 ünvanında ağacların kəsildiyini deyirlər. 

Şikayətçi vətəndaşlar “Qafqazinfo”ya bildirib ki, yol kənarında olan ağaclar kəsilərək yerinə asfalt örtüyü tökülüb. 

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən küçədə ağaclara aqro-texniki qulluq edilib, bir ədəd qəzalı vəziyyətdə olan qovaq ağacı kəsilib:

“Bir ədəd gövdəsi çürümüş, qəzalı vəziyyətdə olan qovaq ağacı kəsilib. Bildiyimiz kimi bu ağaclar kənardan yaşıl görünsə də, gövdəsində çürümə gedir və qısa zamanda aşır. Biz o qəzalı vəziyyətdə olan ağacı saxlaya bilmərik. Qanun da icazə verir ki, gövdəsindən çürümüş, qocalmış qovaq ağacları kəsilə bilər. 

Küçədə 50-dən çox ağaca aqro-texniki qulluq edilərək budanıb, formasını itirmiş ağaclara forma verilib”.