Lukaşenko onu işdən çıxardı

lukasenko-onu-isden-cixardi
Oxunma sayı: 2614

Belarus Prezidenti Aleksandr Lukaşenko general-mayor Viktor Quleviçi Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Quleviç yaş həddinə görə ehtiyata buraxılıb.

Qeyd edək ki, 2020-ci ilin fevralında V.Quleviç Respublika Silahlı Qüvvələrinin Qərb Əməliyyat Komandanlığının komandiri, 2021-ci ilin martında isə Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib.