Bu gün axşam saatlarında Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində afro-kubizm və latın musiqisindən təsirlənən məşhur pop ifaçısı Kankou Kouyatenin öz ansamblı ilə çıxışı olub.
“Qafqazinfo” xəbər verir ki, Kankou Kouyate Malinin tanınmış musiqi ailələrindən birində anadan olub və 10 yaşından musiqi ilə məşğuldur.
Onun ifa etdiyi əsərlər Malinin zəngin musiqi irsi, afro-kubizm və latın musiqisindən təsirlənir. Müğənni-bəstəkar Kankou caz, blüz, rep, reggi, rok və pop musiqisini ifa edir.
Video: Xəyal Vəlizadə





Son xəbərlər
Son Xəbərlər