Bakıda tıxacı azaldacaq yolun tikintisinə başlanıldı - Fotolar

bakida-tixaci-azaldacaq-yolun-tikintisine-baslanildi
Oxunma sayı: 27055

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir.

Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq. Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.  

Qeyd edək ki, yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx və təbii tıxacların yaşandığı Bakı-Sumqayıt yolunda və Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşması proqnozlaşdırılır.