Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

bakida-yeniyetme-elektron-qelyana-gore-90-ay-hebsde-qalacaq
Oxunma sayı: 9125

Bakıda tələbə yoldaşını bıçaqlayan yeniyetmənin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, işə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin 1-ci kurs tələbəsi, 2008-ci il təvəllüdlü Namiq Quliyev (ad-soyad şərtidir) 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Cinayətə isə elektron qəlyan üstündə düşən mübahisə səbəb olub. Belə ki, Namiq Quliyev dərs zamanı çəkməsi üçün elektron qəlyanı qrup yoldaşı Bağır Məmmədova (ad-soyad şərtidir) verib. Bağır isə dərsdən sonra qəlyanı qaytarmayıb. Bu isə yeniyetmələrin mübahisəsinə, sonda Bağırın üç bıçaq zərbəsi almasına səbəb olub.

Bağır Məmmədov məhkəmədə qrup yoldaşını bağışlamayıb, ona cəza verilməsini xahiş edib. “Elektron qəlyanı sahibinə niyə qaytarmadın?” sualına isə “yadımdan çıxdı” cavabını verib.

Emin Səfərov