Bakıdan Tiflisə uçan təyyarə eniş edə bilməyib

bakidan-tiflise-ucan-teyyare-enis-ede-bilmeyib
Oxunma sayı: 2285

Tiflis beynəlxalq aeroportu güclü dumana görə ötən gecə səkkiz reysi qəbul edə bilməyib.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, İstanbuldan Tiflisə gedən 5 reys, Dubay, Münhen və Bakıdan isə bir reys ləğv edilib. 

Adıçəkilən reyslər Turkish Airlines, FluDubai, Pegasus, Lufthansa, Qatar aviaşirkətləri vasitəsilə həyata keçirilirdi. 

Qatı dumana görə təyyarələr Tiflis aeroportunda eniş edə bilməyiblər. Əks istiqamətdə də uçuşlara icazə verilməyib.