Bakının bir rayonunda 3 nəfər dəm qazından öldü

bakinin-bir-rayonunda-3-nefer-dem-qazindan-oldu
Oxunma sayı: 2535

Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakinləri – 1977-ci il təvəllüdlü İlqar İsmayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər.

Hər üç faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.