Bakının bu ərazilərində suyun verilişində məhdudiyyətlər olacaq

bakinin-bu-erazilerinde-suyun-verilisinde-mehdudiyyetler-olacaq
Oxunma sayı: 4482

Səməd Vutğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir  hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə “Qafqazinfo”ya Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.