“Baku Steel Company” beynəlxalq ISO sertifikatı alıb

baku-steel-company-beynelxalq-iso-sertifikati-alib
Oxunma sayı: 900

“Baku Steel Company” QSC-də (bundan sonra - BSC) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) artıq Azərbaycan Respublikasının qanunvericilik aktlarının, dövlət norma və standartlarının tələbləri ilə yanaşı beynəlxalq ISO 45001:2018 standartının tələblərinə uyğun təşkil edilir.

“Qafqazinfo” xəbər verir ki, dünyaca məşhur “Bureau Veritas Certification SAS” şirkətinin Böyük Britaniya filialı BSC-nin əsas məhsullarının istehsalı və satışı üzrə idarəetmə standartlarının tələblərinə tam uyğun olduğunu təsdiq edərək şirkətə müvafiq ISO 45001:2018 sertifikatı verib.

Qeyd edək ki, ISO 45001:2018 standartı əməyin sağlamlığı və təhlükəsizliyi (ƏST) idarəetmə sisteminin tələblərini müəyyənləşdirir, təşkilatları istehsalatda baş verən zədələr və peşə xəstəliklərinin qarşısını almaqla təhlükəsiz və sağlam iş yerləri yaratmağa təlimatlandırır. Eyni zamanda, peşə sağlamlığı və təhlükəsizliyi (PST) fəaliyyətlərinin genişləndirilməsinə şərait yaratmaq məqsədilə standartın istifadəsi üzrə təlimatlanmanı təmin edir.

BSC-də ƏST və PST idarəetməsi sahəsində yeni standartların qəbul edilməsində əsas məqsəd müəssisələrdə istehsal olunan məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, istifadə olunan resursların optimallaşdırılması, səmərəliliyin və istehlakçıların məmnuniyyətinin artırılmasıdır.