Balakəndə qəza, yaralılar var

balakende-qeza-yaralilar-var
Oxunma sayı: 853

Balakəndə qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qabaqçöl qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, Şamil Hizbullah oğlu Əliyev “BMW” markalı, 77-UZ-779 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qəza törədib və avtomobildə yanğın olub. Nəticədə sürücü və sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yanğın söndürülüb. Avtomobilin mühərrik hissəsi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov