“ABŞ çox peşman olacaq”

abs-cox-pesman-olacaq
Oxunma sayı: 3223

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, iranlı nazir bu barədə “X” hesabında yazıb.

O, ABŞ-ni İran sahillərindən 2000 mil məsafədə cinayət törətməkdə günahlandırıb: “Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan “Dena” freqatı göyərtəsində təxminən 130 dənizçi ilə beynəlxalq sularda xəbərdarlıq edilmədən hücuma məruz qalıb. Bu sözlərimi yadda saxlayın: ABŞ yaratdığı bu presedentdən çox peşman olacaq”.

Xatırladaq ki, ötən gün İrana məxsus “Iris Dena” gəmisi Hind okeanında, Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb. Hücum nəticəsində azı 80 nəfər həlak olub.