“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yayda komandasında dəyişiklilərin çox olacağını deyib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə ötən gün Azərbaycan kubokunun 1/4 finalında “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra danışıb:
“Hər şey gözlənilir. Ola bilər dəyişiklik az olsun, amma bizdən asılı olmadan səbəblərdən komandada çox dəyişiklik ola bilər. Gedişat sanki onu göstərir. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək”.
Son xəbərlər
Son Xəbərlər