Bakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü

bakida-8-ci-mertebeden-yixilan-oglan-oldu
Oxunma sayı: 1600

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb.

O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.