Bank BTB əməkdaşlarının iştirakı ilə intellektual yarış keçirilib

bank-btb-emekdaslarinin-istiraki-ile-intellektual-yaris-kecirilib
Oxunma sayı: 1106

Bank BTB əməkdaşlarının iştirakı ilə “Gambit” intellektual yarışması keçirilib.

Son dövrlər şəhərimizdə trend halını almış və alternativ istirahət növü kimi tanınan intellektual və əyləncəli yarışmalar hər kəsin maraq dairəsindədir.

Bank BTB komandası da əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi və komanda quruculuğu məqsədilə “Gambit” oyununu təşkil edib.

Ötən həftə baş tutan yarışmada Bankın Baş ofis və filial şəbəkəsinin əməkdaşlarının iştirakı ilə 17 komanda öz biliklərini nümayiş etdirdilər. Maraqlı və həyəcanlı keçən oyunun 7 turu ərzində səsləndirilən suallara ən çox düzgün cavab verən 3 komanda qalib elan olundu. Sonda, qalib olaraq yer tutmuş komandalar diplomlar və hədiyyə kuboku ilə təltif edildilər.

Bankın təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.