“Barselona” evdə “Qranada” ilə bacarmadı - Video

barselona-evde-qranada-ile-bacarmadi
Oxunma sayı: 1029

İspaniya La Liqasında 24-cü turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Barselona” doğma meydanda “Qranada”nı qəbul edib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.

 “Barselona” – “Qranada” 3:3

Qollar: Lamine Yamal, 14, 80, Robert Levandovski, 63 - Riçard Sançes, 43, Fakundo Pellistri, 60, İqnasi Mikel, 66