Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi o oldu - Foto

bas-pasport-qeydiyyat-ve-miqrasiya-idaresinin-yeni-reisi-o-oldu
Oxunma sayı: 23157

DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov vəzifədən azad edilib. O, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Xəbəri rus dilində oxuyun: Суд оправдал чиновника, занимавшегося сексом на работе

Qeyd edək ki, bu vəzifəni 2016-cı ildən bu ilin fevralınadək polis general-mayoru Nüsrət Şirinov tuturdu. O, sabiq daxili işlər naziri Ramil Usubovun qaynıdır.